Skip to content

Latest commit

 

History

History
56 lines (35 loc) · 2.34 KB

README.md

File metadata and controls

56 lines (35 loc) · 2.34 KB

Python

Bu repository köhnə CIK Academy YouTube kanalında Pythonla bağlı bütün faylların toplusudur. Kanal artıq silinmişdir. İstifadə edilmiş bütün materiallar arxiv kimi burada qalacaq.

Pythonun qurulması

İstifadə etdiyiniz əməliyyat sistemindən asılı olaraq Pythonun qurulması fərqli ola bilər.

Windows

Kanaldakı dərslərdə daha stabil versiya hesab etdiyimiz Python 3.7 istifadə olunur. Əgər Windows əməliyyat sisteminizdə əvvəlcədən Pythonun başqa versiyasını yükləmisinizsə və çoxlu versiya ilə işləyə biləcəyinizə əmin deyilsinizsə, əməliyyat sisteminizdə bütün Pythonu silib yenidən yükləməyinizi tövsiyə edirik. Bu linkə nəzər sala bilərsiniz.

Mac

Kanaldakı dərslərdə daha stabil versiya hesab etdiyimiz Python 3.7 istifadə olunmuşdu. Əgər sizdə bu versiya deyilsə, aşağıdakı əmrlər vasitəsilə bu versiyanı yükləyə bilərsiniz:

$ brew install pyenv
$ pyenv install 3.7.6
$ pyenv global 3.7.6
$ pyenv version

Ubuntu / Linux

Əksər Ubuntu / Linux maşınlarında Python əməliyyat sistemi ilə hazır gəlir. Pythonun versiyasını yoxlamaq üçün Bash terminalı açıb (əksər halda Ctrl+Alt+T) aşağıdakı sətri yaza bilərsiniz:

$ python3 --version

Kanaldakı dərslərdə daha stabil versiya hesab etdiyimiz Python 3.7 istifadə olunur. Əgər sizdə bu versiya deyilsə, aşağıdakı əmrlər vasitəsilə bu versiyanı yükləyə bilərsiniz:

$ sudo apt-get install software-properties-common
$ sudo add-apt-repository ppa:deadsnakes/ppa
$ sudo apt-get update
$ sudo apt-get install python3.7

Daha sonra $ python3 --version əmri ilə versiyanı yoxlaya bilərsiniz.

PyCharm

Kanaldakı videoların əksəriyyətində PyCharm IDE istifadə etmişdim. PyCharmı buradan yükləyə bilərsiniz.

Anaconda & Jupyter

Kanalda Data ilə bağlı videolar üçün istifadəsi daha əlverişli olduğundan Jupyter Notebooklardan və Anaconda mühitindən istifadə etmişdim. Anacondanı buradan yükləyə bilərsiniz.

Dəstək

Kanalın aktiv olduğu müddətcə kanala dəstək olan hər kəsə təşəkkür edirəm :)

Lisenziya

GNU GPLv3